Estetik əməliyyat etdirdi: Gözəlləşmək əvəzinə çirkinləşdi

23 İyul 2023 00:01

Bir zamanlar Türkiyə gözəli seçilmiş aktrisa Dilan Çiçek Deniz estetik əməliyyatla gözəlləşmək əvəzinə çirkinləşib.

Milli.Az lent.az-a istinadən bildirir ki, aktrisa estetik əməliyyat keçirdiyini qəbul eləməsə də, son çəkildiyi reklam filmində uğursuz əməliyyat keçirdiyi açıq-aşkar görünüb.

Dilan Çiçek Deniz gözlərini gicgahlarına doğru dartdırıb, yanaqlarını isə dolqu ilə xoş olmayan tərzdə qabardıb.

İzləyiciləri onun bu görüntülərinə "sən özünə nə etdin?", "İnsan estetiklə özünə zülm edərmi?", "Çirkin olmusan" şəklində tənqidi şərhlər yazıblar.

Milli.Az