Quş yemlədiyinə görə 3600 dollar cərimələndi

22 İyul 2023 08:10

Sinqapur məhkəməsi daim göyərçinləri yemləyən bir adamı 3600 dollar cərimə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu ölkədə vəhşi heyvanları bəsləmək cinayətdir.

67 yaşlı qanun pozucusu ilk dəfə 2022-ci ilin avqustunda tutulub. O vaxtdan bəri 16 dəfə cinayət başında yaxalanıb.

Qanunu pozan şəxs bütün cərimələri tam şəkildə ödəyib. Əks halda onu 16 günlük həbs cəzası gözləyirdi.

Milli.Az