"Ukrayna ilə bağlı bu riskə getməyə hazırıq"

22 İyul 2023 08:19

ABŞ və digər NATO ölkələri Ukraynaya yeni silahların verilməsi məsələsində risk etməyə hazırdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivan qeyd edib ki, ABŞ da daxil olmaqla bütün NATO üzvləri Moskvanın bu cür addımlara mümkün reaksiyasını nəzərə almağı vacib hesab edir:

"Çünki bu, qlobal sabitliyin qorunması üçün vacibdir".

Milli.Az