Hakan Fidan: "Türkiyə ümid edir ki..."

21 İyul 2023 22:19

Türkiyə Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpasını gözləyir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında bildirib.

"İyulun 17-də biz Rusiyadan sazişdən çıxma ilə bağlı bildiriş aldıq. Biz taxıl müqaviləsinin uzadılması üçün əhəmiyyətli səylər göstəririk və Rusiyanın danışıqlar masasıma qayıtmasının məqsədəuyğunluğuna inanırıq", - H.Fidan deyib.

Milli.Az