“Zirə” Türkiyə klubu ilə heç-heçə etdi

21 İyul 2023 20:25

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununa çıxıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki,  komanda "Fatih Karagümrük"lə qarşılaşıb.

"Fenerbahçe Topuk Yaylası"nın meydançasında keçirilən oyun qolsuz yekunlaşıb.

Xatırladaq ki, "Fatih Karagümrük"lə Türkiyə Superliqasında mübarizə aparır. "Zirə" Türkiyədə daha 2 yoxlama görüşü keçirəcək. Türkiyə 1-ci liqasında mübarizə aparan "Qaziantep"lə qarşılaşacaq komandanın sonuncu rəqibi hələlik məlum deyil.

Paytaxt təmsilçisi Bakıdakı toplanışı çərçivəsində "Kəpəz"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Milli.Az