Xərçəngdən vəfat edən aktrisanın baxımsız məzarı - FOTO

21 İyul 2023 18:34

Mərhum türkiyəli aktrisa Billur Kalkavanın məzar daşının görüntüləri sosial mediada yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xərçəngdən dünyasını dəyişən aktrisanın baş daşının parçalanması diqqət çəkib. Həmçinin, məzarın baxımsız halda olması da birmənalı qarşılanmayıb.

Qeyd edək ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən Billur ötən il dünyasını dəyişib.

Milli.Az