XİN İsveçdə Quranın yandırılması aksiyasını qınadı

21 İyul 2023 13:14

Azərbaycan Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılması aksiyasını qınayıb.

Bu barədə XİN məlumat yayıb.

"İsveçdə Quranın yandırılması aksiyasını şiddətlə qınayırıq.

Biz hakimiyyət orqanlarını cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırırıq", - məlumatda deyilir.

Qeyd edək ki, İsveç polisi İraq səfirliyi önündə Quran və İraq bayraqlarının yandırılmasına icazə verilməsi tələbinə müsbət cavab verib. Bundan sonra İraqdakı İsveç səfirliyi yandırılıb.

Milli.Az