Aybəniz bacısı Şahnazın səhhətindən yazdı - FOTO

21 İyul 2023 17:10

Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova yüngül formada beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirir.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətkarın bacısı Əməkdar artist Aybəniz Haşımova Şahnaz xanımın səhhəti ilə bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb.

Aybəniz bildirib ki, Ş. Haşımova ötən günlərdən fərqli olaraq özünü daha yaxşı hiss edir:

"Şahnaz xanım artıq özünü yaxşı hiss etməyə başlayıb. Ölkəmizin əvəzssiz kardioloqu, millət vəkili Rəşad Mahmudova təşəkkür edirəm".

Milli.Az