Zelenski Ukraynanın Britaniyadakı səfirini vəzifəsindən azad etdi

21 İyul 2023 12:38

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.

Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq qərar Ukrayna prezidentinin saytında dərc edilib.

Qeyd edək ki, bir müddət əvvəl səfir Vadim Pristayko Zelenskinin Böyük Britaniya müdafiə naziri Ben Uollasla bağlı fikirlərini "qeyri-sağlam sarkazm" adlandırıb. Britaniya KİV-in məlumatına görə, diplomat Prezidenti tənqid etməsindən sonra Kiyevdən sərt tonda telefon zəngi qəbul edib.

Milli.Az