Balıqçılar Kürdə batdı
17 May 2010 16:33
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 15-i Neftçala rayonunun Kürkəndi kəndi ərazisində, kənd sakinləri Zahid Əhmədov və Vidadi Şahbazov Kür çayında balıq tutarkən qayıqları aşıb.
Nəticədə V. Şahbazov üzərək sahilə çıxıb, Z. Əhmədov isə batıb. Hazırda onun axtarışı davam etdirilir.
Araşdırma aparılır.
Milli.Az