ABŞ F-16 qırıcılarının Ukraynaya veriləcəyi tarixi açıqladı

21 İyul 2023 08:02

Amerikanın F-16 qırıcıları ilin sonunda Ukraynaya tədarük oluna bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, bqırıcıların münaqişənin gedişatını dəyişdirmək ehtimalı azdır.

O vurğulayıb ki, hazırda Ukrayna ordusuna aviasiya deyil, daha çox artilleriya lazımdır.

İyunun 22-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukraynanın müttəfiqləri artıq ona döyüş təyyarələri göndərməyə hazırlaşır.

Ümumilikdə Kiyev Pentaqondan 100-dən çox F-16 qırıcısı tələb edib.

Milli.Az