Mahmud Abbas və Binyamin Netanyahu Türkiyəyə səfər edəcək

21 İyul 2023 00:14

Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Binyamin Netanyahu gələn həftə Türkiyəyə səfər edəcəklər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

"Bir həftə ərzində Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Binyamin Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək. Prezident Ərdoğanın dəvəti ilə ölkəmizə gələcək liderlər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacaqlar", - deyəTürkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Abbas Türkiyəyə iyulun 25-də, Netanyahu isə 28-də gedəcək.

Milli.Az