Türkiyəli nazir prioritet vəzifələri açıqladı - İxraca maksimum dəstək...

20 İyul 2023 23:33

Daxili tələbi tarazlaşdırmaq üçün tədbirlər görərkən ixraca maksimum dəstək verəcəyik.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xəzinə və Maliyyə naziri Mehmet Şimşek deyib.

"Proqramımızın ən böyük prioritetlərindən biri ixracı güclü şəkildə dəstəkləməkdir. Daxili tələbi tarazlaşdırmaq üçün tədbirlər görərkən ixraca maksimum dəstək verəcəyik." - deyə Şimşek qeyd edib.

O bildirib ki, xaricdən əldə etdilən qaynaqları ixraca və investisiyalara yönəldəcəklər.

Məlumat üçün qeyd edək ki, ixrac maliyyə dəstəyi verən reeskont kreditlərinin gündəlik limiti 300 milyon TL-dən 1,5 milyard TL-yə yüksəldilib.

Milli.Az