CAR-da qaz xəttində partlayış olub, ölən və yaralılar var

20 İyul 2023 19:19

Cənubi Afrika Respublikasının ən böyük şəhərlərindən biri olan Yohannesburqun mərkəzində qaz xəttində baş verən partlayışda yaralananların sayı 48-ə çatıb, 1 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Qeyd edək ki, hadisə iyulun 19-un ikinci yarısında Bree küçəsində qeydə alınıb. Hadisə yolun bir hissəsinin dağılmasına səbəb olub.

Yaralılardan səkkizi ağır vəziyyətdə xəstəxanadadır.

Partlayışın səbəbini müəyyən etmək üçün müvafiq araşdırma aparılır.

Milli.Az