Dünən Xalq artisti Şahnaz Haşımovanın yaşadığı Gəncə şəhərində Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirilməsi barədə məlumat vermişdik.
Milli.Az lent.az-a istinadən bildirir ki, vəziyyəti nisbətən sabitləşmiş müğənninin müalicəsinin davam etdirilməsi üçün Bakıya gətirilməsinə qərar verilib.
Bu barədə onun bacısı Əməkdar artist Aybəniz Haşımova məlumat yayıb.
O bildirib ki, böyük bacısı Şahnaz Haşımovanın müalicəsi Gömrük Hospitalında davam etdirəcək.
66 yaşlı Şahnaz Haşımova şəkər və hipertoniya xəstəliyindən əziyyət çəkir.
Milli.Az