Türkiyədə kondisioner ixtiraçısının adına ehsan paylanılıb - FOTO

20 İyul 2023 17:34

Havanın temperaturunun 40 dərəcəyə yaxınlaşdığı Türkiyənin Adana şəhərində bir qrup şəxs kondisionerin ixtiraçısı, amerikalı mühəndis Uillis Haviland Karrierin adına ehsan paylayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Adanalılar kondisionerin icadının 121-ci ildönümü münasibətilə güllaç paylayıb, amerikalı mühəndisin ruhunu dualar oxuyublar.

Milli.Az