83 yaşlı nəvəsi Musa Nağıyevin 1 milyard dollar pulunu ala bilmir - VİDEO

20 İyul 2023 21:45

Azərbaycanlı milyonçu və xeyriyyəçi Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva efirə çıxıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 83 yaşlı Nağıyeva babasından İsveçrə bankında qalan 1 milyard dolları götürə bilməməsindən şikayətlənib.  

"Bu məsələ ilə bağlı Prezidentlə görüşəcəyəm. Onunla üç dəfə görüşmüşəm. İki dəfə mənə ev verib. Dedim, maşın istəyirəm, Mehriban Əliyeva mənə maşın hədiyyə etdi. İndi inanıram ki, həmin pullar da gələcək", - deyə Dilarə xanım vurğulayıb.  

Qeyd edək ki, M.Nağıyev 1919-cu ildə dünyasını dəyişib.

Milli.Az