“Azərişıq” əməkdaşı işıq dirəyindən yıxılıb öldü

20 İyul 2023 11:09

Balakəndə "Azərişıq" əməkdaşı işıq dirəyindən yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, 62 yaşlı Ömər Ustayev təmir işləri aparan vaxt yıxılıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az