Boşanmaya səbəb xəyanətdir

20 İyul 2023 09:54

Xəbər verdiyimiz kimi, amerikalı məşhur müğənni Ariana Qrande 27 yaşlı həyat yoldaşı Dalton Qomesdən boşanır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, cütlüyə yaxın mənbələrdən biri Daltonun müğənniyə xəyanət etdiyini bildirib. Onun sözlərinə görə ifaçının həyat yoldaşı bir neçə xanımla görüşüb.

Qeyd edək ki, onların toyu 2021-ci ildə Kaliforniya ştatındakı Montesito şəhərində gizlicə reallaşmışdı.

Milli.Az