Quranın təhqir olunmasına görə İsveç səfirliyi yandırıldı

20 İyul 2023 09:03

Stokholmda Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdaddakı İsveç səfirliyinə hücum ediblər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, etirazçılar binanı yandırıblar. Səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.

Milli.Az