“Vaqner”in doqquzuncu kolonu Belarusa gəldi

20 İyul 2023 08:08

"Vaqner" döyüşçülərinin doqquzuncu kolonu Belarusa gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Belarus Qayun" məlumat yayıb.

Koloniyanın azı 30 yük maşınından ibarət olduğu bildirilib.

Qeyd edək ki, ötən gün "Vaqner"in 6-cı maşın kolonunun Belarusa daxil olduğu barədə məlumat yayılmışdı.

Milli.Az