Paşinyanla Mişustin bu məsələləri müzakirə etdi

20 İyul 2023 07:20

Ermənistanın Baş naziri Nikol Paşinyanla rusiyalı həmkarı Mixail Mişustin arasında telefon danışığı olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Danışıq zamanı Ermənistan-Rusiya iqtisadi əməkdaşlığının gündəliyinə və cari proqramlara dair məsələlər müzakirə edilib.

Həmçinin, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.

Milli.Az