Ukrayna yeni hücum əməliyyatlarına başladı

19 İyul 2023 23:41

Ukrayna qoşunları Zaporojye vilayətində yeni hücum əməliyyatına başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Zaporojyedəki separatçıların rəhbəri Vladimir Roqov məlumat yayıb.

"Təxminən yarım saat əvvəl ukraynalılar Rabotino-Verbovoye xəttində onlarla zirehli texnika, o cümlədən, "Leopard"lar və "Bradley"lər göndərərək yeni hücum əməliyyatına başlayıb. Bundan əlavə, bir çox yaraqlılar mövqelərimizi yarmağa cəhd göstərib", - Roqov bildirib.

Milli.Az