Məşhur sənətçinin qızı şiddətə məruz qaldı

19 İyul 2023 23:50

Türkiyəli sənətçi Fərdi Tayfurun qızı Tuğçe keçmiş nişanlısı eski Burak Kalfa barədə uzaqlaşdırma qərarı çıxartdırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə Tuğçenin şiddət görməsi olub. O, bu barədə sosial şəbəkədə məlumat verib:

"6 aydır etdiyin psixolji şiddətə, söyüşlərinə, təhdidlərinə səssiz qalmayacağam. Ayrılmaq istəyəndə məni evə qapatdın. İstədiyin məkanda oxumağım üçün məni yumruqladın. Əlində videolarım var deyərək, zorla yanında saxladın. Başıma gələn hər şeyin səbəbkarı sənsən".

Milli.Az

Fərdi Tayfurun qızı şiddətə məruz qalıb