Sudeif İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

19 İyul 2023 15:32

Prezident İlham Əliyev S.B.İmamverdiyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Sudeif Bəşir oğlu İmamverdiyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Milli.Az