Aralıq dənizində Türkiyə-Yunanıstan-Britaniya birgə hərbi təlimləri keçirilib

19 İyul 2023 14:15

Türkiyə, Yunanıstan və Böyük Britaniya hərbi gəmilərinin Şərqi Aralıq dənizində birgə təlimi keçirilib.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin "TCG Gökçeada" freqatı, Böyük Britaniyanın "HMS Duncan" gəmisi və Yunanıstanın "HS Limnos" gəmisi NATO-nun Daimi Dəniz İşçi Qrupu-2 çərçivəsində təlimlər keçirib.

Qeyd edək ki, 2020-ci ilin yayında Şərqi Aralıq dənizində artan gərginlikdən üç il sonra Türkiyə və Yunanıstan hərbi gəmiləri üz-üzə gəlib.

Milli.Az