Aisel vəfat edən atasından yazdı - FOTO

19 İyul 2023 14:35

"Avroviziya" təmsilçilərimizdən olan Aisel (Aysel Məmmədova) bir neçə gün əvvəl vəfat edən atası Firudin Quliyevlə bağlı paylaşım edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, valideyninin fotosunu sosial şəbəkə izləyiciləri ilə bölüşən sənətçi bunları yazıb:

"Bu boşluğu heç nə ilə doldurmaq mümkün olmayacaq... Tükənməz sevgin, bütün fədakarlıqların və yaşadığımız xoş günlər üçün sənə sonsuz minnətdaram...".

Qeyd edək ki, Firudin Quliyev Azərbaycan Milli Konservatoriyasının Konsert-Yaradıcılıq və Kütləvi Tədbirlər Departamentinin rəhbəri idi.

Milli.Az