Ərdoğan Qətər əmirinə “Togg” hədiyyə etdi - FOTO

19 İyul 2023 00:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saniyə Türkiyənin yerli istehsal avtomobili olan "Togg"u hədiyyə edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Tərəflər görüşün baş tutacağı binaya həmin avtomobildə gəliblər.

Milli.Az