Neçirvan Bərzaninin Azərbaycana işgüzar səfəri başa çatıb - FOTO

18 İyul 2023 22:10

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 18-də başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.

Milli.Az