Tovuzlu qızı Bakıda şəkilləri ilə şantaj etdilər

18 İyul 2023 19:45

Bakıda gənc qız şantaj olunub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Tovuz rayon sakini, 29 yaşlı G.V. polisə ərizə ilə müraciət edərək Bakının Mərdəkan qəsəbəsində tanışı E.Ş. tərəfindən şantaj edildiyini bildirib.

Şikayətçi qeyd edib ki, E.Ş. onun qeyri-münasib vəziyyətdə çəkilmiş şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək ondan pul tələb edib.

Milli.Az