Elçin Əmirbəyov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib - SƏRƏNCAM

18 İyul 2023 16:50

Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elçin Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Milli.Az