Acun İlıcalı özündən 30 yaş kiçik sevgilisi ilə EVLƏNİR? - FOTO

18 İyul 2023 17:20

Türkiyənin məşhur iş adamı və televiziya aparıcısı Acun İlıcalı özündən 30 yaş kiçik Ayça Çağla Altunkaya ilə uzun müddətdir eşq yaşayır. 

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, münasibətlərini gözdən uzaq yaşayan cütlüyün sentyabrda evlənəcəyi iddia edilib.

Bildirilib ki, Acun on gün əvvəl ad günü şənliyində ara-sıra romantik pozalar paylaşdığı sevgilisinə evlilik təklifi edib. Həmçinin aşiqlərin toya hazırlıq işlərinə başladığı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl 3 dəfə evli olan Acunun dörd qız övladı var - Banu, Yasemin, Leyla və Melisa. 

Milli.Az