Kürdəmirdə dəhşət: Ana qonaq otağında oğlunun asılmış meyitini aşkarladı

18 İyul 2023 11:48

Kürdəmirdə 34 yaşlı kişinin evdə meyiti aşkarlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Mürtüllü kəndində 1989-cu il təvəllüdlü Aqşin Qədirovun meyiti anası tərəfindən evin qonaq otağında asılmış vəziyyətdə aşkar edilib.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az