Rus hərbçiləri Kupyansk istiqamətində hücuma keçdi

18 İyul 2023 08:00

Rusiya hərbçiləri Kupyansk istiqamətində hücuma keçib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Sırski qeyd edib ki, şərq istiqamətində əməliyyat vəziyyəti ağır olaraq qalır:

"Baxmut bölgəsində qoşunlarımızın hücum hərəkətlərinin qarşısını almaq üçün düşmən bu istiqamətə fəal surətdə əlavə qüvvə və vasitələr göndərir. Onların əsasını hava-desant qüvvələrinin bölmələri təşkil edir.

Eyni zamanda, düşmən Kupyansk istiqamətində hücuma keçib və qoşunlarımızı darmadağın etməyi və döyüş birləşmələrimizin dərinliklərinə doğru hücumu davam etdirməyi qarşısına məqsəd qoyub".

Milli.Az