Bakıda 3 həftəlik körpə öldü

17 İyul 2023 23:24

Bakıda 21 günlük körpə ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Xəzər rayonunda  baş verib.

2023-cü il təvəllüdlü İmanov İlham İman oğlunun səhhəti qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Ölümün dəqiq səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az