Məşhur fransız aktrisası ölü tapıldı

17 İyul 2023 20:35

Dünyaca məşhur fransalı müğənni-aktrisa Ceyn Birkin vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi 76 yaşında dünyasını dəyişib. Onun cəsədi Parisdəki evində tapılıb.

Sənətçinin ölüm səbəbi isə hələlik məlum deyil.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Birkin insult keçirmişdi.

Milli.Az