İsti havada duş qəbul etmək təhlükəlidir?

17 İyul 2023 19:18

Kardioloq Aleksey Erliç isti havada duş qəbul etməyin təhlükələrini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, həkimin fikrincə, isti havada duş qəbul etmək sağlam insanlar üçün təhlükəsizdir.

Onun sözlərinə görə, bir insanın ürək-damar sistemi, endokrin sistemi ilə bağlı heç bir problemi yoxdursa, hamamda buxar vannası qəbul edə bilərsiniz:

"Əsas odur ki, duş qəbul edərkən buxarda çox qalmamaq lazımdır".

Milli.Az