Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişiklik təsdiq edilib

17 İyul 2023 15:38

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə dəyişiklik təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə dəyişiklik haqqında" 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanmış Protokol təsdiq edilib.

Milli.Az