Cavanşir Feyziyev “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

17 İyul 2023 15:36

Prezident İlham Əliyev C.Ə.Feyziyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Əyyub oğlu Feyziyev "Şöhrət" ordeni ilə təltif edilsin".

Milli.Az