Hadisə sevgi münasibətlərinə YAŞIL İŞIQ YANDIRDI

17 İyul 2023 21:25

Məşhur müğənni Hadisə iş adamı Mehmet Dinçerler ilə 5 ay çəkmiş evliliyinin ardından sevgi məsələsinə uzun müddətli fasilə vermişdi.

Milli.Az lent.az-a istinadən bildirir ki, Kiprdə konsert verən müğənni tamaşaçılarının suallarını da cavablandırıb.

O "Yenidən evlənəcəksinizmi?" sualına müsbət cavab verərək, gələcək sevgi münasibətlərinə yaşıl işıq yandırdığını deyib.

"Mən eşq qadınıyam, həyatımda aldığım bütün qərarları sevgiylə vermişəm" o bildirib.

Milli.Az