"Vaqner" Belarusdan Rusiyaya hücum edə bilərmi?

17 İyul 2023 16:38

"Vaqner"in muzdlu əsgərləri artıq Belarusdadır. Lakin orada kifayət qədər yaraqlılar olmadığı üçün Ukraynaya heç bir təhlükə yoxdur. Vaqnerçilər yalnız kiçik təxribat qrupları ilə Ukrayna müdafiəsini zəiflətməyə cəhd edə bilərlər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti, ekspert İvan Stupak deyib.

O qeyd edib ki, Tselva kəndindəki səhra düşərgəsində vaqnerçilərlə yanaşı, Belarus hərbçiləri də yerləşdiriləcək:

"Belarus ərazisindən Ukrayna üçün mümkün təhlükənin yeganə variantını nəzərdən keçirirəm: 10-15 nəfərlik kiçik təxribat qrupları bizim müdafiəmizi daim tükəndirməyə çalışacaq, təxribat törədib atəş açacaq, patrul avtomobilini gülləbaran edəcək və s."

Milli.Az