Qərbi Azərbaycana qayıdış tarixi yaxınlaşır - Sakinlər çox ümidlidir - VİDEO

17 İyul 2023 15:27

Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi beynəlxalq  platformada  müzakirə  olunmağa  davam edir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla Brüsseldə  keçirilən görüşdə müzakirə  edilib.

Görüşün konstruktivliyi ilə seçildiyini deyən Qərbi Azərbaycan icmasının sədri millət vəkili Əziz Ələkbərlinin sözlərinə görə,  Ermənistan dərk etməlidir ki, bu münaqişə təkcə Qarabağ məsələsi ilə bitmir.

İcma sədri Ermənistanın masa üzərində öz mövqelərini daha çox itirdiyinin fərqində olduğunu bildirdi.

Millət vəkilinin sözlərinə görə, sonuncu Brüssel danışıqlarından sonra Qərbi Azərbaycandan olan qaçqınlar bir daha əmin oldular ki, doğma yurdlarına qayıdacaq tarix addım - addım gerçəkləşməkdədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az