Türkiyə Millətlər Liqasını qazandı, dünya reytinqində birinci oldu

17 İyul 2023 11:03

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası FİVB Millətlər Liqasının qalibi olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ABŞ-da keçirilən turnirdə qardaş ölkə yığması finalda Çinlə üz-üzə gəlib.

Daniele Santarellinin baş məşqçisi olduğu komanda rəqibini 3:1 hesabı ilə məğlub edib.

ABŞ yığmasınında 3-cü yer uğrunda görüşdə Polşaya uduzmasından sonra Türkiyə millisi dünya reytinq cədvəlində birinci yerə qalxıb.

Milli.Az