ABŞ-dan Ukrayna açıqlaması: Bu məsələ bağlandı!

16 İyul 2023 22:51

Vilnüs sammitində Ukraynanın NATO-ya üzvlüyü məsələsi bağlanıb və müzakirəyə açıq deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"NATO-da bunu çox sadə dildə bəyan etdik. Ukraynanın gələcəyi NATO-dadır. Bu, müzakirə edilməz. Üzərində razılaşdığımız məsələdir", - deyə o bildirib.

Milli.Az