Antalyada havanın temperaturu 46 dərəcəyə çatdı

16 İyul 2023 21:07

Türkiyədə kəskin istilər Antalyaya da təsir edib. Belə ki, bölgədə havanın temperaturu müsbət 46 dərəcəyə çatıb.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, kəskin istilər həm şəhər sakinləri, həm də turistlərə çətin anlar yaşadıb.

Xüsusilə izdihamlı görünüşü ilə diqqət çəkən Konyaaltı çimərliyində sıxlığın az olduğu müşahidə edilib.

Bazar ertəsi də bölgədə havanın temperaturunun 40 dərəcədən yuxarı olacağı gözlənilir.

Milli.Az