Ukrayna ordusu Luqanskı kasetli mərmilərlə vurdu - VİDEO

16 İyul 2023 20:07

Ukrayna ordusu Rusiya işğalı altında olan Luqansk şəhərinə zərbələr endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı Teleqram kanallarında görüntü paylaşılıb.

Məlumata görə, şəhərin cənubunda silsilə partlayışlar baş verib.

***

Ukrayna Silahlı Qüvvələri Luqansk şəhərinin cənub-qərb hissəsinə kasetli sursatlardan istifadə edərək zərbələr endirib.

Bunu Luqansk "xalq milis dəstəsi"nin "polkovnik-leytenantı" Andrey Maroçko deyib.

"Luqansk şəhərinin cənub-qərbində kasetli sursat partlayışlarına oxşar partlayışlar oldu. Güman edə bilərəm ki, bu, kaset hissələri ilə birlikdə uzaq mənzilli raket idi", - Maroçko bildirib.

Milli.Az