Türkiyədə mikroavtobus tam sürəti ilə minik avtomobillərinə çırpılıb aşdı - ANBAAN VİDEO

16 İyul 2023 17:11

Türkiyənin şərqində yerləşən Muş şəhərində baş vermiş ağır yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərdə sərnişin daşımaq üçün nəzərdə tutulan minik vasitəsinin yol kənarında dayanan ik avtomobilə çırpılıb daha sonra çevrilməsi əks olunub.

Qeyd olunur ki, qəzada bir nəfər həyatını itirib, üç nəfər ağır xəsarət alıb.

Milli.Az