Bakıda çimərlikdə gənc oğlan bıçaqlanıb

16 İyul 2023 11:31

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Şağan çimərliyində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Rəhimov Mircavad Cəbrayıl oğlu dava zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az