Bakının Suraxanı rayonunda bir nəfər bıçaqlanıb.
Milli.Az xəbər verir ki, hadisə Əmircan qəsəbəsində baş verib.
1991-ci il təvəllüdlü Heydərov Zamiq Bəxtiyar oğlu küçədə tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Milli.Az