Qadınlar arasında “Uimbldon” turnirinin qalibi bəlli oldu

15 İyul 2023 20:42

Çexiyalı tennisçi Marketa Vondrouşova "Uimbldon" turnirinin final matçında Tunis təmsilçisi Ons Jaberə qalib gəlib.

Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, oyun 6:4, 6:4 hesabı ilə Vondrouşovanın xeyrinə başa çatıb.

İyulun 16-da turnirin kişilər arasında final oyunu keçiriləcək. Oyun ispan Karlos Alkaras və serbiyalı Novak Cokoviç arasında olacaq.

Milli.Az